"Uşaq hüquqları aylığı" çərçivəsində tədbir
Oktyabrın 30-də məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı Sevda Rəhimova və psixoloq Röya Qəhrəmanova tərəfindən "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Elnur Bayramov, Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə şagirdlər uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik həmçinin dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlandırılıb, mövzu haqqında video-çarx nümayiş olunub. Tədbir iştirakçıları çıxış edərək bidiriblər ki, uşaqlar cəmiyyətin gələcəyidir və onların sağlam, təhlükəsiz, xoşbəxt bir mühitdə böyüməsi üçün hər bir şəxsin üzərinə böyük bir məsuliyyət düşür. Uşaq hüquqları deyərkən onların sərbəst yaşamaq, təhsil almaq, istirahət etmək, oyun oynamaq kimi əsas hüquqları nəzərdə tutulur. Bu hüquqların hər biri uşaq üçün həyati əhəmiyyət daşıyır və onun inkişafına, təhsilinə, sağlamlığına, eləcə də gələcəkdə cəmiyyətə faydalı bir fərd olmasına kömək edir. Çıxışlar zamanı həmçinin vurğulanıb ki, Azərbaycanın gələcək inkişafı bu gün böyüyən uşaqların çiyinləri üzərindədir və hər bir vətəndaşın borcu onları qorumaq, dəstəkləmək, xoşbəxt bir uşaqlıq keçirmələrinə yardım etmək olmalıdır.
Sonda isə şagirdlər uşaq əməyinin istismarını özündə əks etdirən səhnəcik nümayiş etdiriblər.