VIII-IX siniflərdə məktəbdaxili monitorinq
29-30 Oktyabr tarixlərində məktəbin fəaliyyət planına əsasən şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənləri üzrə tədris keyfiyyətini daha da artırmaq məqsədilə VIII-IX sinif şagirdləri arasında məktəbdaxili monitorinq keçirilib. Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilik və bacarıqları yoxlanılıb. Monitorinqin gedişatında məktəbin direktoru Elnur Bayramov iştirak edib.