Bu gün "Qubadlı şəhəri" günüdür
Oktyabrın 25-də məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı Sevda Rəhimova və UBR-i Zülfünaz Abasova tərəfindən Qubadlı şəhərinin işğaldan azad edilməsinin dördüncü ildönümünü ilə əlaqədar tədbir keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənin ərazi bütövlüyü uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edillib.Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı Sevda Rəhimova və UBR-i Zülfünaz Abasova çıxış edərək dörd il bundan öncə 25 oktyabr Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbənin yaxınlaşdırdığını və Ali Baş Komandan İlham Əliyevinin bu gün də davam etdirdiyi uğurlu siyasətindən danışaraq 3 il müddətində işğaldan azad edilən şəhər və rayonlarımızda bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyini vurğulayıblar.