"Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində yaşıllıqlara qulluq

    Oktyabrın 17-də "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasovanın təşkilatçılığı, məktəb rəhbərliyi və VI, XI sinif şagirdlərinin iştirakı ilə qəsəbə ərazisində yerləşən parkda abadlıq, təmizlik, səliqə-səhman işləri  aparılıb. Şagirdlər parkın ərazisində yerləşən ağaclara qulluq etmiş, onları ziyanverici həşərat və böcəklərdən qorumaq üçün gövdələrini əhənglə boyamış, diblərini yumşaltmışlar.

    Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, ağac və bitkilərə düzgün qulluğun göstərilməsi, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin və parkların  səmərəli istifadəsindən ibarətdir.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi