"Füzuli şəhəri gününə" həsr olunan xüsusi dərs

    Oktyabrın 17-də məktəbin tarix müəllimi Aygün Zeynalova "Tarix aylığı" çərçivəsində 7"A" sinif şagirdləri ilə "Füzuli şəhəri gününə" həsr olunan vətənpərvərlik mövzusunda xüsusi dərs keçirib. Dərsə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüz uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Xüsusi dərsdə müəllim şagirdlərə kimliyindən asılı olmayaraq hər bir kəsin dövlətinin uğurları üçün çalışmalı ,vətənpərvərliyin yalnız əlinə silah alıb döyüşə atılmaq deyil, vətən naminə çalışmaq, onu bütün dünyada tanıtmaq üçün fədakarlıq göstərmək olduğunu bildirib. O,vətənpərvər gənclərin müasir dövrdə kifayət qədər olduğunu, istər idman yarışlarında, istər mədəniyyət və incəsənət tədbirlərində, istərsə də zəka oyunlarında Azərbaycan bayrağının yüksəklərdə dalğalandığını və Azərbaycan bayrağı yüksəkdə dalğalanarkən, himnimiz səslənərkən dövlətinə könüldən bağlı olan hər bir şəxsin fəxr hissi keçirdiyini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi