Şəhid ailəsi ilə görüş

Oktyabrın 12-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Manafova və musiqi müəllimi Təranə Maksumova 9 "B" sinfinin bir qrup şagirdləri ilə “Füzuli şəhəri günü” ərəfəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olan Tərlan Gölişad oğlu Eyniyevin ailəsi ilə görüşüb və şəhidin ev müzeyini və məzarını ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi