"Korrupsiyaya qarşı mübarizə və Təhlükəsizlik Günü" ilə əlaqədar valideynlərlə görüş
Məktəbdə sağlam mənəvi-psixoloji mühitin dahada yaxşılaşdırılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəbin direktoru Elnur Bayramov, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimova və psixoloq Röya Qəhrəmanova tərəfindən V-VII sinif şagirdlərinin valideynləri və sinif rəhbərlərinin iştirakı ilə "Təhlükəsizlik Günü" adlı maarifləndirici görüş keçirilib. İlk olaraq Elnur Bayramov öz çıxışında şagird təhlükəsizliyini nəzərə alaraq valideynlərə övladlarının sosial şəbəkə hesablarına nəzarəti gücləndirmələrini və qadağan olunan əşyaların məktəbə gətirilməməsi üçün məktəbli çantalarına mütəmadi olaraq nəzarət etmələrini bildirib və şagirdlərin təhsildə uğur qazanmalarında bilavasitə valideynlərin məktəblə düzgün əməkdaşlığı, valideyn-müəllim münasibətlərində ümumi qarşılıqlı hörmət və anlaşmanın vacib olduğunu vuğulayıb. Maarifləndirici görüşdə psixiloq Röya Qəhrəmanova “Şagird qaydaları” və “Yeniyetmə psixologiyası” eyni zamanda "Korrupsiyaya qarşı mübarizə" haqqında valideynləri məlumatlandıraraq bildirib ki, təhsil sistemindəki korrupsiya və digər zərərli hallara qarşı mübarizə Elm və Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir və şagirdləri bu mövzularda bilgiləndirmək məqsədilə müxtəlif üsullardan istifadə edilir və bu istiqamətdə təhsil müəssisələrində bir sıra maarifləndirici tədbirlər, layihələr keçirilir, monitorinqlər aparılır. Həmçinin sinif rəhbərlərinin mövzu ilə bağlı fikirləri valideynlərə bildirilib və onları maraqlandıran suallar cavablandırılıb.