Fənn aylıqlarına start verildi

    Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənn müəllimlərinin və şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə oktyabr ayında etibarən məktəbdə fənn aylıqlarının keçirilməsinə start verilib. Belə ki, məktəbin fəaliyyət planına uyğun olaraq oktyabr ayı "Tarix fənn aylığı" elan olunub. Məktəbin tarix müəllimi Aygün Zeynalovanın təşkilatçılığı ilə şagirdlər təqdimatlar, divar qəzetləri, bülletenlər hazırlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi