Ümumdünya Psixi Sağlamlıq Günü

    1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır. Bu günlə əlaqədar məktəbin psixoloqu Röya Qəhrəmanova 5"B" sinif şagirdləri ilə psixi sağlamlıq mövzusunda maarifləndirici söhbət aparıb. Söhbət zamanı psixoloq psixi sağlamlıq haqqında şagirdləri məlumatlandıraraq ,sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixikanın hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaratdığını söyləyib.

Sonra şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparıblar. İnsanların psixi sağlam olması üçün nələrə ehtiyac duyduqlarını esse yazaraq və mövzunu əhatə edən rəsmləri rəngləyərək bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi