"Layiqli həyat, layiqli əmək" mövzusunda dəyirmi masa

    7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan olunub. Oktyabrın 10-da məktəbin Həmkarlar Komitəsinin Sədri Röya Qəhrəmanova tərəfindən “Layiqli həyat, layiqli əmək” mövzusunda dəyirmi masa təşkil olunub.

  Dəyirmi masada çıxış edən Röya Qəhrəmanova  layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu aspektdə görülən işlər Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti haqqında məlumat verib.

    Beynəlxalq əmək təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq,bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. Layiqli əmək deyiləndə ilk olaraq əmək haqqı, iş yerlərində işçilərə yaradılan şərait və texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi