Cəbrayılın azad olunmasından 4 il ötür
Oktyabrın 4-də məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı Sevda Rəhimova, uşaq birliyi rəhbəri Zülfünaz Abasovanın təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad olunmasının 4-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra ərazi bütövlüyümüz uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Elnur Bayramov öz çıxışında qeyd edib ki, şanlı qələbə Azərbaycan Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi, şəhid və qazilərin şücaəti, qəhrəmanlığı sayəsində qazanılıb. O, həmçinin vurğulayıb ki, bu gün işğaldan azad olunan tarixi torpaqlarda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır və həmin torpaqlar gündən-günə gülüstana çevrilir.
Tədbirdə şagirdlər vətənpərvərlik və zəfər mövzusunda şeirlər söyləyib, mahnılar ifa ediblər.