"İstedadlar sorağında rənglər dünyası" adlı sərgi

    Oktyabrın 3-də məktəbdə mədəniyyət və incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı, bacarıqlı yeniyetmə və gənclərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, həmçinin respublika səviyyəli müsabiqələrdə onların fəal iştirakını təmin etmək məqsədilə məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Sevda Rəhimovanın təşəbbüsü ilə "İstedadlar sorağında rənglər dünyası” adlı rəsm sərgisi təşkil olunub. Sərgidə Beynəlxalq fəal rəssamlar Birliyinin təşəbbüsü, Fəal Rəssamlar Assosiasiyasının təşkilatçılığı ilə “Dünyanı sənət xilas edəcək” adlı sərgidə fəal iştirak etmiş, “İstedad sorağında” adlı kitab kataloqunda yer almış və diplomla təltif olunmuş məktəbin 7 ”B” sinif şagirdi Teymur Məmmədlinin rəsmləri də nümayiş olunub. Məktəbin direktoru Elnur Bayramov rəsmin, musiqinin, ədəbiyyatın təbliğinə geniş yer verilməli və gənc nəslin formalaşmasında bu kimi tədbirlərin keçirilməsinin çox önəmli olduğunu vurğulayıb və balaca rəssamı diplomla təltif edərək ona uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi