“Məktəblərdə ekologiya ayı” çərçivəsində ekoloji guşə
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilib.
Oktyabrın 2-də bu layihə çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması məqsədi ilə məktəbin ibtidai sinif müəllimi Xırdaxanım Əmirovanın təşkilatçılığı ilə şagirdlər əl işlərindən ibarət ekoloji guşə yaradıblar.