Məktəbəhazırlıq qruplarında məşğələlər başladı

    Bildiyimiz kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə” 05 avqust tarixli 549 nömrəli əmrlərinin tələblərinə uyğun olaraq ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları təşkil edilir. Oktyabrın 1-də  bütün ümumi təhsil məktəblərində olduğu kimi 168 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarında 2024-2025-cü tədris ili üzrə ilk məşğələlərə başlanıb. Şagird sayından asılı olaraq məktəbdə 3 məktəbəhazırlıq qrupu açılıb. Bu qruplardakı şagirdlərlə məktəbin ibtidai sinif müəllimləri Nigar Mikayılova, Yeganə Adilova və Sevinc Hüseynova tədris prosesini həyata keçirəcək.

    Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilməyi planlaşdırılıb. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

   Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi