Anım Gününə həsr olunan dərslər
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar məktəbin təsviri incəsənət müəllimi Günel Həsənova Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Niftəliyeva fənlər arasında inteqrasiya edərək 5 “A” sinfində, tarix müəllimi Aygün Zeynalova 7 “A” sinfində dərslər keçiriblər. Dərslərdə Vətən müharibəsi Şəhidlərinin xatirəsi ehtiramla yad edilib, şagirdlərə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, tarixi Qarabağ Zəfəri və Şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında məlumat verilib. Qeyd olunub ki, gənc və gələcək nəsillər hər daim şəhidlərimizin əziz xatirəsini, qəhrəmanlığını, fədakarlığını və Vətən üçün xidmətlərini xatırlamalı, onlardan nümunə götürməli və Vətənin keşiyində mərdliklə durmalıdırlar.