Anım Günü qeyd olunub

     Sentyabrın 27-də  Anım Günü ilə əlaqədar məktəbin həyətində məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rəhimova və uşaq birliyi rəhbəri Zülfünaz Abasovanın təşklatçılığı ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Pirallahı Rayonu İcra Hakimiyyətinin nümayəndələri -Məmmədcəfər Məmmədzadə, Xəyalə Cavanşirli, məktəbin direktoru Elnur Bayramov, müəllim və şagird kollektivi iştirak ediblər. Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin Dəmir yumruğu altında birləşən ordumuzun qalibiyyəti ilə başa çatan Vətən müharibəsi barədə şagirdlərə geniş məlumat verilib. Məktəbin direktoru Elnur Bayramov öz çıxışında bildirib ki, Vətən Müharibəsi zamanı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Bununla da bizə tarix boyu unutmayacağımız şanlı Qələbəni yaşadıblar. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi təsis olunduğu şagirdlərin diqqətinə çatdırıb.

    Sonda şagirdlər  vətənpərvərlik ruhunda olan şeir, mahnı və kompozisiyalarla tədbiri davam etdirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi