"20 sentyabr-Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü"-nə həsr olunmuş dəyirmi masa
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olacaq. Sentyabrın 20-də bu günlə əlaqədar məktəbin tarix müəllimi Aygün Zeynalova zəfərə həsr olunan videoçarx nümayiş etdirib. Həmçinin məktəbin kitabxanasında sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimova, UBR Zülfünaz Abasova, kitabxana müdiri Ülviyyə Nitəliyevanın təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə Sevda Rəhimova bildirib ki, üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması tarixi Zəfərimizin rəmzidir. O, şagirdlərə Azərbaycanın 30 il dünyadan ədalət gözlədiyini, amma sonda ədaləti özü bərpa etdiyini və bu Zəfərə Vətən oğullarının canı, qanı bahasına nail olduğunu söyləyib.