Məktəbdə şagird və müəllim kollektivinin birgə əməkdaşlığı ilə ekoloji guşə
Sentyabrın 19-da "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması məqsədi ilə məktəbin foyesində ekoloji guşə yaradılıb. Bitkilərdən, çiçəklərdən ibarət guşənin yaradılmasında məktəbin biologiya müəllimi Aytən Məmmədova, fizika müəllimi Bahar Heybətova şagirdlərə kömək ediblər.