"İşgal altında olmuş torpaqlarda törədilən ekoloji terror"

    Sentyabrın 18-də məktəbin tarix müəllimi Şəfəq Abdıyeva "İşğal altında olmuş torpaqlarda ekoloji terror" mövzusunda şagirdlərlə maarifləndirici söhbət apararaq, mövzunu əhatə edən video-çarx nümayiş etdirib. Müəllim   işğal dövründə meşələrdə, Milli Park və Qoruqlarda düşmənin əsl vandallıq aktları törətdiyini, Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələrin işğalçı ordunun tapdağına məruz qalaraq məhv edildiyi barədə şagirdləri məlumatlandırıb. O, bildirib ki, hər hansı bir dövlətdə ekoloji tarazlığın pozulmasına yönəldilən terror aktları ekosidin tərkib hissəsi olub, ekoloji problemlərin yaradılması məqsədini güdür və ekoloji terrorizmin qarşısının alınmasında əsas məqsəd əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması və canlıların tələfatına yol verməməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi