“Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunan ilk dərslər

    Sentyabrın 16-da ilk dərs saatları “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Məktəblilərin canlı, təbii obyektlərə emosional münasibətinin formalaşdırılması məqsədilə  müəllimlər şagirdlərlə  " Dünyamızı qoruyaq", "Yaşıl dünya ilə tanış olaq” mövzusunda maarifləndirici söhbətlər aparıblar. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolunun əhəmiyyəti, onların enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyə qarşı həssaslıq nümayiş etdirməsinin vacib məqamlardan olduğunu bildiriblər. Şagirdlər yaşıl dünyanı özündə əks etdirən rəsmləri rəngləyib və mövzu ilə bağlı  fikirlərini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi