İlk zəng çalındı
16 sentyabr- Bilik günü ilə əlaqədar keçirilən rəsmi tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arzu Abdullayev, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk dərs günü münasibətilə şagird və müəllimləri təbrik edən məktəbin direktoru Elnur Bayramov yeni dərs ilində onlara uğurlar və bol müvəffəqiyyətlər arzu edib. Daha sonra İcra Hakimiyyətinin nümayəndəsi Arzu Abdullayev çıxışında bu il ali məktəblərə qəbul olan şagirdlər haqqında danışaraq ,ölkəmizdə təhsilə verilən diqqət və qayğıdan, dövlətimiz tərəfindən şagirdlərin yüksək səviyyədə təhsil alması üçün geniş imkanların yaradılmasından söz açıb.Tədbir şagirdlərin Bilik gününə həsr olunan çıxışları ilə davam etdirilib. Sonda ilk zəng çalınıb. Bütün siniflərdə ilk dərslər " Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunub.