2023-2024-cü tədris ilinin yekunlarına dair pedaqoji şuranın hesabat iclası keçirildi

    İyunun 27-də məktəbin akt zalında 2023-2024-cü tədris ilinin yekununa dair Pedaqoji Şura iclası keçirildi. Məktəbin direktoru Elnur Bayramov iclası öz çıxışı ilə açıq elan etdi. O, 2023-2024-cü tədris ilində məktəbdə tədris və təlim-tərbiyə prosesinin müvafiq əmr və təlimatlara uyğun təşkil olunduğu və bu istiqamətdə görülən işlər barədə məlumat verdi. O, həmçinin şagirdlərinin nailiyyətləri, monitorinq nəticələri, IX və  XI siniflərin buraxılış imtahan nəticələri, tədris ili ərzində məktəbin qazandığı uğurlar barədə pedoqoji kollektivi məlumatlandırdı və bu işdə əməyi olan hər bir müəllimə təşəkkürünü bildirdi. Sonra təlim- tərbiyə işləri üzrə direktor müavini Türkel Abdıyevanın V-XI siniflər üzrə II yarımil və tədris ilinin yekunlarına dair təlim nəticələri və digər görülmüş işlər barədə hesabatı dinlənildi. Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Rəhimova Sevda, ibtidai siniflər üzrə metodbirləşmə sədri Muradova İradə, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Manafova İlhamə, riyaziyyat-informatika fənləri üzrə metodbirləşmə sədri Hacıyeva Natəvan, steam fənni üzrə Məmmədova Aytən fəaliyyət planına uyğun il ərzində görülmüş işlər barədə geniş hesabat verdilər. Daha sonra məktəbin psixoloqu Röya Qəhrəmanova il ərzində  məktəbdə psixoloji xidmətin təşkili ilə bağlı keçirdiyi sorğular, testlər, maarifləndirici görüşlər, seminarlar haqqında hesabat verdi. Sonda fəaliyyətində fərqlənən müəllimlər rəhbərlik tərəfindən dəyərləndirildi, onlara fəxri fərmanlar tədqim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi