"Son zəng" çalındı

    İyunun 14-də ölkəmizin bütün ümumi təhsil məktəblərində olduğu kimi 168 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrundan canlarından keçmiş şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub. “Son zəng” tədbirində Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, 44 günlük Vətən müharibəsi iştirakçısı-qazi Pirallahı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Tural Cəfərov, Pirallahı qəsəbə nümayəndəsi Həsən Niftəliyev, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, Antiterror əməliyyatı zamanı şəhid olmuş Pirallahı şəhidi Tural Cahangirovun həyat yoldaşı İlahə Eyvazova, məktəbin direktoru Elnur Bayramov, məktəb kollektivi, məzunların valideynləri iştirak ediblər. Məktəbin direktoru Elnur Bayramov ilk olaraq sözü İlahə Eyvazovaya verib.

    Çıxış edənlər öz çıxışları zamanı məzunları təbrik edib, gələcək həyatlarında hər birinə uğurlar arzulayıb, müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu vurğulayıb, onlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə ediblər.

    Tədbir məzunlarının hazırladıqları şeirlər, mahnılar, rəqslər və kompozisiyalarla davam etdirilib.

    Sonda 1 “A” sinif şagirdi şəhid Tural Cahangirovun qızı Fatimə Cahangirli məzunlar üçün “Son zəng”i çalıb. Bu zəng onları sinif otaqlarına deyil, müstəqil həyata səsləndirib və tədbir iştirakçılarına xoş anlar yaşadıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi