“Şəhidləri tanıyaq və tanıdaq!”

    İyunun 12-də  44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş igidlərin ailə üzvləri məktəbin qonağı olublar. Bununla əlaqədar məktəbin akt zalında şagirdləri vətənpərvər ruhda tərbiyə etmək, şəhidləri gənc nəslə tanıtmaq məqsədilə “Şəhidləri tanıyaq və tanıdaq!” adlı təbdir təşkil edilib. Tədbirdə Vətən müharibəsi şəhidləri Fəxrəddin Fərəcovun bacısı Rübabə Fərəcova, Rüfət Mustafayevin anası Afət Mustafayeva, Tacəddin İsmayılzadənin anası Aygün İsmayılova, Niyaməddin Ələkbərovun anası Həcər Ələkbərova, Ülvü Məhərrəmovun anası Xatirə Məhərrəmova, Sərxan Əliyevin anası Esmira Əliyeva, Anar Qorçuyevin anası Asiya Qorçuyeva, Cavid  Mirzəyevin anası Arzu Mirzəyeva, Akif Cabbarovun xalası və şəhid Həsənov Sərdarın həyat yoldaşı Maya Həsənova, Səmid Əliyevin anası Əsmər Əliyeva, Elçin Hüseynovun anası Mətanət Hüseynova, Ruslan Məmmədovun anası Rəna Məmmədova, məktəb kollektivi və şagirdlər iştirak ediblər. Tədbir zamanı şəhidlərin  keçdiyi şərəfli ömür yolu, göstərdikləri şücaət və qəhrəmanlıq barədə şagirdlərə ətraflı məlumat verilib. Tədbir şagirdlərin kompozisiyaları ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi