“Mən öz hüquqlarımı bilirəm” adlı tədbir

    İyunun 11-də  məktəbdə “Mən öz hüquqlarımı bilirəm” adlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar şöbəsinin müdiri Arzu Abdullayev, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, məktəb rəhbərliyi və şagirdlər  iştirak ediblər. Tədbir iştirakçıları öz çıxışlarında qeyd edib ki, uşaqlara diqqətin artırılması, onların hüquqlarının qorunması, təhsil almaları, təhlükəsiz sağlam mühitin yaradılması istiqamətində dövlət mühüm işlər görür. Bu kimi məsələlərə daima nəzarət və diqqət olunur. Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi