"Uşaqlar bizim gələcəyimizdir"
Mayın 31-də məktəbin həyətində 1 İyun - "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əladəqar "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Şöbəsinin müdiri Arzu Abdullayev, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Şagirdlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyalar, mahnılar, şeirlər, rəqslər tədbirə xüsusi gözəllik qatıb.