Direktoryanı müşavirə
Mayın 30-da məktəbdə “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15 may 2024-cü il tarixli Kollegiyasının KQ-07 nömrəli qərarını təhsilverənlərə məlumat vermək məqsədilə direktoryanı müşavirə keçirildi. Məktəbin direktoru Elnur Bayramov “Müəllimlərin etik davranış Qaydaları”nı müəllimlərin diqqətinə çatdırdı. Müşavirədə iştirak edən təhsilverənlər qaydalarla tanış olduqları barədə müvafiq sənədi imzaladılar.