"28 May Müstəqillik Günü"
Mayın 27-də məktəbdə 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir məktəbin direktoru Elnur Bayramovun çıxışı ilə açıq elan olunub. O, öz nitqində bildirib ki, "28 May Müstəqillik Günü" Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz altı il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldub 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini zənginləşdirib O, AXC dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğunu, həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu" Zəfər ili "kimi yadda qaldığını nəzərə çatdırıb. Tədbir müstəqilliyə, milli vətənpərvərliyə həsr olunmuş şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalarla davam etdirilib.