"Yaşıl dünya naminə həmrəy Azərbaycan”

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar mayın 24-də məktəbdə biologiya müəllimləri- Aytən Məmmədova, Aygün Tağıyeva, coğrafiya müəllimləri- Xoşgünab Əhmədova, İsfəndiyar İsgəndərov və fizika müəllimi-Bahar Heybətovanın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəy Azərbaycan” adlı tədbir keçirilib.

    Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Şöbəsinin müdiri Arzu Abdullayev, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

    Öncə məktəbin direktoru Elnur Bayramov qonaqları salamlayaraq 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar məktəblərdə silsilə tədbir və layihələrin keçirildiyi barədə məlumat verib. Direktor öz çıxışında tədbiri təşkil edən müəllimlərə, tədbirdə iştirak edən şagirdlərə öz təşəkkürünü bildirərək, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdıraraq qeyd edib ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. O, həmçinin bu il hər birimizin qarşısında duran vəzifələr, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət funksiyalarının gücləndirilməsini xüsusi olaraq vurğulayıb.

    Şagirdlər öz çıxışları zamanı təbiətin insan həyatında mühüm rolu, ekologiyanın çirklənməsi və onların törətdiyi fəsadların aradan qaldırılması haqqında ətraflı məlumat verib, videoçarxlar nümayiş etdirib, şeirlər səsləndirib, mahnılar ifa edib, səhnəciklər göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi