“Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir
Mayın 23-də uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və yol-nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə Pirallahı rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin inzibati təcrübə üzrə baş İnspektoru polis mayoru Elmar Aslanov, məktəb rəhbərliyi və şagirdlərin iştirakı ilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə yol nişanları, piyada keçidləri, yol hərəkəti təhllükəsizlik qaydalarının əhəmiyyəti ilə bağlı maarifləndirici videoçarxlar, qısametrajlı filmlər nümayiş olunub. Nümayiş olunan videoçarxlar vasitəsilə piyada və sürücülərin yol verdiyi səhvlər müzakirə edilib, təhlükəsizlik qaydalarına əməl etmədikdə hansı xoşagəlməz nəticələrlə qarşılaşacaqları şagirdlərin nəzərinə çatdırılıb. Mövzu ətrafında müzakirə edilib və şagirdlərə maraqlı olan suallar ətraflı cavablandırılıb.