Psixo-intellektual breyn-rinq oyunu
Mayın 20-də məktəblilər arasında xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqəti artırmaq, müvafiq qrupa daxil olma ehtimalı olan şagirdlərin istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə bacarıqlarını inkişaf etdirməkdən məqsədilə məktəbin psixoloqu Röya Qəhrəmanova tərəfindən psixo-intellektual breyn-rinq oyunu keçirilib. Oyunda VII sinif şagirdlərindən ibarət “Fantaziya”, “Proqress”, “Məntiq” və "Təfəkkür" komandaları iştirak ediblər. Komandalar müəyyən vaxt ərzində onlara verilən sualları cavablandırıblar. Oyunun qalibi 7"B" sinif şagirdlərindən ibarət “Proqress” komandasına diplom təqdim olunub.