“İmtahan həyəcanının səbəbləri və aradan qaldırılması yolları”
Mayın 17-də məktəbin psixoloqu Röya Qəhrəmanova IV, VI sinif şagirdlərinin imtahanqabağı keçirdikləri həyəcan və təşvişin aradan qaldırılması məqsədilə “İmtahan həyəcanının səbəbləri və aradan qaldırılması yolları” mövzusunda maarifləndirici söhbət aparıb. Şagirdlərə imtahan həyəcanının səbəbləri, imtahan stressi zamanı orqanizimdə yaranan reaksiyalar, stressin yaratdığı neqativ düşüncələrin idarə olunması, stressi azaltmağın yolları haqqında şagirdlərlə söhbət aparılıb. Stress və təşvişin aradan qaldırılması ilə əlaqədar olaraq şagirdlər arasında nəfəs texnikaları məşğələsi və oyun təşkil edilib.