Xoşbəxt ailənin açarı

    Mayın 15-də məktəbin psixloloqu Röya Qəhrəmanova "15 may – Beynəlxalq Ailə Günü" ilə əlaqədar valideynlər və uşaqlar arasında ailə dəyərləri ilə bağlı "Xoşbəxt ailənin açarı" adlı maarifləndirici söhbət aparıb. Psixoloq bildirib ki, ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim formalarından biridir. Ailənin özəlliyi odur ki, insan ömrünün çox hissəsini bir yerdə keçirirlər. Ailə ən azı iki insanın birliyi olduğundan burada fərqli baxışlar var. Ailə qan qohumluğuna əsaslanan kiçik sosial qrupdur. Sonra valideyn və uşaqlara " Mən uşaq olsam" və " Mən valideyn olsam" başlıqlı bukletlər paylanılıb. Həmin bukletdə valideyn və uşaqlar mövzu ilə bağlı fikir və düşüncələrini qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi