Tarix yaradan şəxsiyyət

    Mayın 10-da məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Tarix yaradan şəxsiyyət” adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. 

    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Azərbaycanın qüdrətlənməsinə, xalqın rifahına, tərəqqi və dirçəlişinə yönəlib, dahi lider bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət göstərib. 

    Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyət kimi milyonlarla insanın qəlbində əbədi yaşadığı vurğulanıb. Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyi bildirilib. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti özündən sonra uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunduğu şagirdlərin diqqətinə çatdırılıb. 

Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar, filmlər nümayiş olunub. Həmçinin istedadlı uşaqlar rəsmlər, şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla dahi şəxsiyyətə olan ehtiram və məhəbbətlərini ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi