"Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda maarifləndirici tədbir

    Mayın 8-də məktəbdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Bakı şəhəri 168 nömrəli tam orta məktəbin təşkilatçılığı, eləcədə Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin şagird və müəllimlərinin iştirakı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları” adlı  maarifləndirici təbdir keçirilib. Tədbirdə  Fövqəlada Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəis müavini polkovnik-leytenant Aida Səfərəliyeva və idarənin əməkdaşları- mayor Faiq Balakişiyev, mayor Renaf Fazlullov, dövlət qulluqçusu Xalid Məmmədov, Kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə xidmətinin əməkdaşi Dövlət Sərhəd Xidmətinin baş leytenantı Fərid Arifoğlu, Dövlət Yanğın Nəzarət Xidmətinin 4-cü Ərazi İdarəsinin baş inspektoru Elmar Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Xəzər-Pirallahı şöbəsinin rəisi mayor Vüsal Fətullayev və şöbənin baş zabitləri- kapitan Ərəstun Mahumodov, kapitan Zaur Xələfov, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 18 saylı bölməsinin əməkdaşları, Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı rayon məktəb direktorları iştirak edib.

    Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, belə hadisələr zamanı davranış qaydalarının öyrənilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Elnur Bayramov açdı.

    Çıxışlar zamanı fövqəladə hallar və texnogen qəzalar zamanı insanların davranış qaydaları, zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi, təxliyə edilmə, yanğın və dəm qazı zəhərlənməsi zamanı təhlükəsizlik qaydaları, suda boğulma zamanı ilkin yardım və s. barəsində tədbir iştirakçılarına geniş məlumat verilib, yanğınsöndürmə vasitələrindən, əleyhqazdan istifadə qaydaları, yaralıların təxliyə olunması və ilkin tibbi yardımların edilməsi əyani olaraq iştirakçılara göstərilib, mövzuya uyğun videoçarx və slaydlar nümayiş etdirilib. Tədbir zamanı həmçinin fövqəladə hallar zamanı məktəblilərin inzibati binalardan təxliyəsinin təşkili və yanğın ocağının söndürülməsi, baş vermiş fövqəladə halların qarşısının alınması üzrə praktiki təlimlər keçirilib. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və verilmiş suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi