Şuşa, sən azadsan!

    44 günlük Vətən müharibəsinin zirvəsi heç şübhəsiz ki, Şuşanın düşməndən azad edilməsi oldu. Bu əlamətdar günlə əlaqədar məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimova, UBR Abasova Zülfünazın təşkilatçılığı ilə mayın 8-də "Şuşa, sən azadsan!" adlı tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub. Tədbir Şuşanın azadlığına həsr olunan qələbə ruhlu mahnılar və şeirlərlə davam etdirilib.

    Azərbaycan xalqı Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin uzaqgörən siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir.

    44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı.

    Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tədricən sağalacaq, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Xalqımız bundan sonra əzəli yurd yerlərimizdə əbədi yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi