"İşğal altında olmuş torpaqlarda ekoloji terror " mövzusunda maarifləndirici söhbət

   Mayın 6-da məktəbin biologiya müəllimi Aygün Tağıyeva "İşğal altında olmuş torpaqlarda ekoloji terror" mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparıb. Müəllim işğal altından azad olan torpaqların əvvəlki ekologiyası, flora və faunası haqqında şagirdləri məlumatlandırıb. İşğal zamanı isə flora və faunanın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələrinin qırılaraq, xaricə daşındığını, yaşıllıq zənginliyinə öyrəşmiş quşlar və heyvanların bu yerlərdən didərgin düşdüyünü, təbiətin müvazinətinin, balansının pozulduğunu, torpaqların erroziyaya məruz qaldığını vurğulayıb və bunlar qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbə olduğunu  şagirdlərə bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi