Yaşıl siniflər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-138 nömrəli əmri ilə təsdiq edilmiş Yaşıl layihə: ”Təbiəti qoruyanlar” adlı layihə çərçivəsində məktəbdə yaşıl siniflər yaradılıb. Lahiyənin keçirilməsində məqsəd təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.