Valideyn iclası
Mayın 1-də məktəb rəhbərliyi tərəfindən X-XI sinif şagirdlərinin valideynlərinin iştirakı ilə valideyn iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Elnur Bayramov ilk növbədə məktəb-valideyn münasibətlərinin düzgün təşkili və təhsilə müsbət təsir göstərməsi haqqında danışdı. Daha sonra iclasda dərsə davamiyyəti, məktəbli geyimləri, dərslərə hazırlıq səviyyələri, davranışları və s. məsələlər müzakirə olundu, şagirdlərin əldə etdikləri nailiyyətləri barədə valideynlərə məlumat verildi. Məktəb direktoru iclasın sonunda hər bir şagirdə fərdi yanaşılmağın vacibliyini qeyd etdi, neqativ halların yaşanmaması üçün onların problemlərin məktəblə birlikdə həll edilməsinin vacibiyini vurğuladı, bu istiqamətdə öz məsləhət və tövsiyyələrini verdi.