“Yaşıl dünya naminə həmrəylik ili”
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu layihə çərçivəsində aprelin 26-da məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimova, UBR Abasova Zülfünaz, psixoloq Röya Qəhrəmanovanın təşkilatçılığı ilə şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, öyrənmə və tədqiqatçılıq bacarıqlarının formalaşması, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsi, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqlarını, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələri məqsədilə tədbir keçirilib. Tədbirdə şagirdlər ev heyvanlarını mühafizəsi, saxlanılma qaydası, bəslənməsi haqqında bilgilər əldə ediblər.