Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş turnir

    Aprelin 25-də Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "İdmansevərlər" layihəsinin icrasını təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş badminton turniri keçirilib. Turnirdə Pirallahı rayonunda yerləşən (231, 235, 243, 168, 186) məktəblərin hər birindən bir qadın və bir kişi müəllim iştirak edib. Maraqlı və gərgin keçən yarışın qalibləri 186 nömrəli tam orta məktəbin Uşaq Birliyi Rəhbəri Rzayeva Aynur və 231 nömrəli tam orta məktəbin idman müəllimi İmanov Cəfər olub. 168 nömrəli məktəbi təmsil edən iştirakçılar-Tarverdiyev Mikail və Həsənova Günel ikinci yerə layiq görülüblər. Təşkilat komitəsi tərəfindən yarışın qaliblərinə və digər iştirakçılara diplom və medallar təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi