"Füzuli dünyası" adlı intellektual oyun
“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi çərçivəsində 24.04.2024-cü il tarixində sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimovanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasovanın təşkilatçılığı ilə şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxartmaq məqsədilə “Füzuli dünyası” adlı intellektual oyun keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər. İlk olaraq Sevda Alxasova Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı Məhəmməd Füzuli haqqında tədbir iştirakçılarına geniş məlumat verib. İntellektual oyunda şagirdlər komanda formasında iştirak ediblər. Dahi şairin zəngin həyat və yaradıcılığını əhatə edən sualları şagirdlər ətraflı şəkildə cavablandırıblar.