"Şəbi-hicran" adlı ədəbi-bədii kompozisiya

https://www.facebook.com/100004040653230/videos/pcb.3240696616074995/3821319078139069 

https://www.facebook.com/100004040653230/videos/pcb.3240688566075800/448901684258536

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Sərəncamın icrasını təmin etmək məqsədilə aprelin 23-də “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə çərçivəsində sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimovanın, Azərbaycan dili və ədəbiyyat müəllimləri- Sevda Alxasova, İlhamə Manafova, Pərvanə İsmayılova və Günel Hüseynova, UBR Abasova Zülfünazın təşkilatçılığı ilə "Şəbi-hicran" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub.

    Təbdirin aparıcısı Azərbaycan dili və ədəbiyyat müəllimi İhamə Manafova öz nitqində Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutmasından, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərməsindən bəhs edib. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. O, həmçinin vurğulayıb ki, Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Şagirdlər şairin klassik ədəbiyyatımıza bəxş etdiyi qəzəlləri səsləndirib, mahnılar ifa edib, kompozisiya və səhnəciklər nümayiş etdiriblər. İncəsənət nümayəndələrinin iştirakı tədbirə gözəllik qatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi