"Dahi Füzuli dünyası" adlı dəyirmi masa

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Bununla əlaqədar aprelin 17-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq və intellektual qabiliyyətlərinin inkişaf etdirmək məqsədilə 9 “A” və 10 “A” sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirib. Şagirdlər dahi şairin zəngin yaradıcılığı haqqında məlumat verib, şairin klassik ədəbiyyatımıza bəxş etdiyi qəzəlləri səsləndirib, videoçarxlar nümayiş etdirib, mahnı ifa ediblər.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi