Erkən nigahların fəsadları
Aprelin 6-da psixoloq Röya Qəhrəmanova reproduktiv məşğələlər çərçivəsində VIII sinif şagirdləri ilə "Erkən nigah nədir və onun fəsadları" mövzusunda maarifləndirici söhbət aparıb. Məşğələdə şagirdlər ailə və onun funkslyaları, erkən nigah anlayışı, erkən ailə qurmağın fiziki, psixoloji və maddi problemləri haqqında məlumatlandırılıb və mövzu haqqında video-çarx nümayiş etdirilib.