"Yetkinlik- Mənim yeni statusum"
Aprelin 4-də məktəbin psixoloqu Röya Qəhrəmanova və tibb işçisi Könül Rüstəmova tərəfindən "Yetkinlik- Mənim yeni statusum" mövzusunda VI siniflərdə təhsil alan qızlarla maarifləndirici söhbət aparılıb. Söhbət zamanı yeniyetməlik dövründə qızlarda cinsi yetişkənlik dövründə baş verən dəyişikliklər və orqanizmdəki fizioloji, hormonal proseslər barədə şagirdlər məlumatlandırıb. Həmçinin şəxsi gigiyena qaydaları, sağlamlığın şərtləri haqqında ətraflı izahlar verilib.