"31 mart Azərbaycanlıların Soyqırımı Günü"

    Martın 29-da məktəbin  VI-VII siniflərində "31 mart Azərbaycanlıların Soyqırımı Günü" ilə  əlaqədar xüsusi dərslər keçirilib.  Belə ki,  VII siniflərdə təsviri incəsənət dərsində şagirdlər soyqırımı əks etdirən rəsmlər çəkiblər. Uşaq birliyi rəhbəri Zülfünaz Abasovanın təşkilatçılığı ilə IV siniflərdə soyqırıma aid bədii və sənədli filmlərin nümayişi təşkil olunub. Həmçinin dərslər zamanı şagirdlərə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan,  digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlıları kütləvi şəkildə qətlə yetirilmələri barədə ətraflı məlumat verilib. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların soyqırım günü  kimi qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi