Bütöv Azərbaycana ilk bahar gəlir

    Martın 18-də məktəbin həyətində “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində xalqımızın milli mənəvi dəyərlərini özündə əks etdirən  Novruz bayramına həsr olunmuş “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.

    Öncə məktəb foyesində Novruz sərgisinə, sonra Novruz adət-ənənələrini canlandıran guşələrə baxış keçirilib.

    Məktəbin direktoru Elnur Bayramov öz çıxışında tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edib, firavanlıq və xoş günlər arzulayıb. Bildirib ki, digər illərdən fərqli olaraq bu il Novruz bayramı ərazilərinin tam suverenliyinə nail olmuş Azərbaycanda qeyd edilir. Uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsini Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinə, güclü iradəsinə və qətiyyətinə, müzəffər və yenilməz ordumuzun şücaətinə borcluyuq.

    Daha sonra şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəcik və kompozisiyalar nümayiş etdiriblər. Novruz bayramının personajları olan kosa və keçəlin məzəli deyişmələri, rəqsləri tədbirə daha şən əhval-ruhiyyə qatıb.

Sonda məktəbin həyətində bayram tonqalı qalanıb, müəllim və şagirdlər  birlikdə “Yallı” sədaları altında dövrə vurublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi