Milli mədəniyyəti əks etdirən sərgi
Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan milli bayramdır. Novruz adət- ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcılarıdır. Bu ənənələri qorumaq məqsədilə məktəbdə sərgi keçirilib. Sərgidə Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən, eləcə də xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, əyləncəli, poetik tablolar nümayiş olunub.