"Yaşıl dünya naminə həmrəylik ili"
Martın 15-də 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şagirdlərdə təbiətə qayğı hissinin aşılanması, qorunması barədə bilik və bacarıqlarının formalaşdırılması məqsədilə keçirilən praktiki məşğələlərdə məktəbin X sinif şagirdləri iştirak edib. Şagirdlər məktəb ərazisini tullantılardan təmizləyib, ağaclara aqrotexniki qulluq göstərib, suvarma işləri aparıb və ağacların dibini belləyiblər. Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsidir.